Şəhid Cavid Zeynalovun doğum günü qeyd olunub, haqqında yazılmış kitab təqdim edilib
17 oktyabr 2026-cı il tarixində şəhid Zeynalov Cavid Baqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbir Şəhidlər xiyabanında başlayıb, daha sonra İcra Hakimiyyətinin iclas zalında davam edib. Çıxış edənlər şəhidin həyat yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində Cavid Zeynalov haqqında yazılmış kitabın təqdimatı da keçirilib. Şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.