20.08.2025

Gəncəli balasından Gəncə xatirələri

Zülmün kölgəsinə baş əyməyən şəhər: Gəncə Gəncə… Bu ad, bir zamanlar al qanla yazıldı tarixə, Bu torpaq — qeyrətin sədası, Şəhid qanı ilə yoğrulmuş irfan kitabıdır. O gündə – 27 iyul 1826-da, Bir xalq silkinib qalxdı, Köksündə əsrlərin ağrısını – Diliylə yox, qılıncıyla danışdı! Uğurlu xan – şəhid Cavad xanın oğlu, Sükutdan bir qiyam doğurdu. O, yalnız bir sərkərdə deyildi, Vəfa, qürur və izzətin təcəssümü idi. Məscidlərdən qalxan dua, Qarabağdan əsən kükrək ruh, Qacarla qovuşan bir sevda, Rus işğalına qarşı açılmış əbədi səhnə idi. Üsyan — təkcə qılınc deyildi, O, bir ruhun hayqırtısı, Bir xalqın tarixlə danışıqdakı son cümləsi idi: «Biz torpaqdan yox, qeyrətdən yaranmışıq!» Əhli irfanın gözündə bu savaş, Zahiri qələbədən çox, Batin bir təqva və fədakarlıq imtahanı idi. Qələbə – ruhun azadlığındaydı. Uğurlu xan məğlub oldu, bəlkə, Amma Gəncə susmadı heç zaman! O səcdə qıldığı məsciddə, Xalqına bir dua buraxdı: “Vətən üçün ölənlər – əbədiyyətdə diridirlər!” Gəncə üsyanı — Zəncirlə boğulmaq istənən iradənin Sükuta meydan oxumasıdır. Bu gün 199 il ötüb, Lakin o qanın hər damlası, Bu gün də ətrini verir Vətən deyə çağıran hər könülə!

Mübariz Eldar oğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: