15.05.2025

Mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür

Hər xalq öz keçmişini, tarixini bilməli, özünü tanımalı və əcdadlardan qalan mirası yaşatmalıdır. Türkçülük milliyyətçilik demək deyil. Özünü türk sayanlar kim olduqlarını, harada doğulduqlarını, tarixlərini mütləq bilməlidir. Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ildən artıqdır.

Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb. Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü (Türkçülük Günü) Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.

Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu demişkən:»Biz türkük, türkçüyük və daima belə qalacağıq. Bizim üçün türkçülük bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsidir. Biz azalan və ya azaldan türküçlərdən deyilik, çoxalan və çoxaldan türkük».

Vahid Abdurəhmanov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin
təşkilati məsələlər üzrə müavini

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: