11.03.2025

Milli Məclisin deputatı Mircəlil Qasımlı seçiciləri ilə görüş keçirib

Kəlbəcər rayonunun 84 nömrəli tam orta məktəbində Milli Məclisin deputatı Mircəlil Qasımlı seçicilərlə görüş keçirmiş, vətəndaşları məhz görüş çərçivəsində qəbul etmişdir. Görüş zamanı sakinlərin müxtəlif sosial, məişət və digər aktual problemləri ilə bağlı müraciətləri dinlənilmiş, onların həlli istiqamətində geniş müzakirələr aparılmışdır.

Xüsusilə şəhid ailələrinin və qazilərin üzləşdiyi çətinliklər diqqət mərkəzində saxlanılmış, onların sosial təminatı, tibbi xidmətlərə çıxışı, mənzil-məişət şəraiti, məşğulluq imkanları və digər ehtiyacları ilə bağlı qeydlər aparılmışdır. Qeyd olunan problemlərin operativ həlli üçün müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görüləcəyi vurğulanmışdır.

Görüş çərçivəsində, eyni zamanda, köçkün ailələrin doğma yurda qayıdışı ilə bağlı vətəndaşların fikirləri dinlənilmiş, onların qaldırdığı mühüm təkliflər nəzərdən keçirilmişdir. Qayıdış prosesinin daha səmərəli və rahat şəkildə həyata keçirilməsi üçün irəli sürülən ideyalar dəyərləndirilmiş, mümkün həll yollarının araşdırılacağı və müvafiq addımların atılacağı bildirilib.

Tədbirin sonunda vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılacağı, hər bir müraciətin fərdi qaydada araşdırılacağı və lazımi dəstəyin göstərilməsi üçün müvafiq tədbirlərin görüləcəyi qeyd olunmuşdur.

Qeyd edək ki, tədbirin təşkilatçısı Kəlbəcər rayonunun 84 nömrəli tam orta məktəbinin direktoru, şəhid bacısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü Həqiqət xanım Məmişova olmuşdur. Onun təşkilatçılığı ilə keçirilən bu görüş, vətəndaşlarla birbaşa təmas qurmaq, onların qayğı və problemlərini dinləyərək həll yollarını müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Sonda Milli Məclisin deputatı Mircəlil Qasımlı Kəlbəcər rayonunun 84 nömrəli tam orta məktəbin yerləşdiyi bina ilə, həmçinin məktəbin maddi-texniki bazası və tədris şəraiti ilə tanış olmuş, xatirə fotoları çəkdirmişdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-02-22-at-20-01-03

Whats-App-Image-2025-02-22-at-20-01-03-1

Whats-App-Image-2025-02-22-at-20-01-04

Whats-App-Image-2025-02-22-at-20-01-05

Whats-App-Image-2025-02-22-at-20-01-05-1

Whats-App-Image-2025-02-22-at-20-01-06

Whats-App-Image-2025-02-22-at-20-01-06-1

Whats-App-Image-2025-02-22-at-20-01-06-2

Whats-App-Image-2025-02-22-at-20-01-07

Whats-App-Image-2025-02-22-at-20-01-07-1

Whats-App-Image-2025-02-22-at-20-01-07-2

Whats-App-Image-2025-02-22-at-20-01-07-3

Whats-App-Image-2025-02-22-at-20-01-08

Whats-App-Image-2025-02-22-at-20-01-08-1

Whats-App-Image-2025-02-22-at-20-01-08-2

Whats-App-Image-2025-02-22-at-20-01-08-3

Whats-App-Image-2025-02-22-at-20-01-09

Whats-App-Image-2025-02-22-at-20-01-10

Whats-App-Image-2025-02-22-at-20-02-36

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: