14.12.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

          AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

                              Müharibənin 25 — ci günü

          Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

***********************

           Sabah   Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Məcidov Rauf Məlik oğlunun Doğum Günüdür,

                          “CƏNNƏT MÖVLUDLARI MÜBARƏK  ”

               ŞƏHİD Məcidov Rauf Məlik oğlu 21.10.1964- cü il tarixində Neftçala rayonunda anadan olmuşdur 

              ŞƏHİD Məcidov Rauf Məlik oğlu  Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N – 166 və 181  saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. 

              ŞƏHİD Məcidov Rauf Məlik oğlu   02.02.1994- ci ildə Füzuli rayonu  ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarsız ŞƏHİDİMİZ (İTKİN)

              ŞƏHİD Məcidov Rauf Məlik oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.   

*******

                Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov, Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə, Ağdərə rayonu) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.  

*******

                Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.   

******

                  Elcan Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevir rayonunda doğulub.2007-2017-ci illərdə Mingeçevirdə təhsil almışdır.Uşaq yaşlarında güləşlə məşğul olmuşdur. 

           Elcan Abbasov təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Elcan Abbasov 2020-ci il noyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Elcan Abbasov oktyabrın 21-də Şuşa döyüşləri zamanı şəhid olub.    

******

                 Şamxal Abbasov 14 fevral 1995-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Subay idi. Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE Əsgər kimi xidmət etmişdir. Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

*****

                 Cavid Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub.2002-2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Cavid Adıgözəlov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

          2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

         2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

         Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Adıgözəlov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.     

*****

             Zamin Ağayev 11 may 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində doğulmuşdur. Subay idi. Zamin Ağayev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

          Azərbaycan Ordusunun əsgəri olan Zamin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zamin Ağayev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.     

*****

               Elşən Aslanov 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 N-li tam orta məktəbdə almışdır. Vətən müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanmışdır. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.    

******

                    Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. Atası Zahid Atakişiyev fəhlə, anası Arifə Atakişiyeva isə xadimə olub. Kasıb ailə olduqlarından Rüstəm Atakişiyev gənc yaşlarından çalışmağa başlayıb.  

           Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər zamanı Ermənistan Ordusunun 10-dan çox hərbçisini məhv edib. Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa rayonu istiqamətində şəhid olub. Qəbələ rayonunda dəfn olunub. 

*****

                 Azərbaycan Ordusunun əsgəri olan Toğrul Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub.    

****** 

                    Məhəmmədəli Ələkbərov 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

             Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmmədəli Ələkbərov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunub

******

                 Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

          Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.  

*****

                 Saməddin Mehman oğlu Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib.

          Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.

          2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən etibarən Saməddin Fərziyev müharibədə iştirak edib, məharətlə döyüşüb, şücaətlər göstərib. Cəbhənin ən gərgin nöqtələrində düşmənlə üz-üzə duran xüsusi təyinatlı qəhrəmanımız Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə xüsusi şücaət göstərib. Onun son döyüşü də elə Xocavəndin kəndlərinin azadlığı uğrunda olub. Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Tapşırıq uğurla yerinə yetirilib. Oktyabrın 21-i Saməddin və Sənan düşmənin döyüş postunu ələ keçiriblər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi yumurlar. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılıb.     

*****

                    Elnur Məmmədov 21 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 3 yaşında olarkən Ağdama köçmüşdür. 1990-1993-cü illərdə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1993-2000-ci illərdə Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə, 2000-2004-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. Hərbi xidməti bitirdikdən sonra 2005-2014-cü illərdə Gəncə şəhərində çörəkçi işləmişdir. Ailəli idi, Vahid və Yusif adlı 2 övladı yadigar qaldı.

             Elnur Məmmədov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissənin taborlarından birinin tağımında manqa komandiri vəzifəsində işləmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşləri zamanı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Aprelin 3-dən 9-na qədər döyüş vəziyyətində xidmət etmişdir. Döyüşlərdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir.

          Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilmiş, 26 oktyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur. 27 oktyabr tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.    

*******

                 9 ilin hərbçisi, 3 övlad atası Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına həlak olub, Şəhidlik zirvəısinə ucalıb. Nəşi bir gün sonra, oktyabrın 1-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

      Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib. Səbuhi Məmmədovun 3 övladı-iki oğlu və bir qızı – Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: