18.10.2024

**** 08 oktyabr 2020 ****“ İkinci Qarabağ müharibəsinin xronologiyası”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 12-cu günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


       8 oktyabr 2020

Ermənistan tərəfi gecə boyu şiddətli döyüşlərin getdiyini açıqlamışdır.[281] Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutmuşdur.
Saat 7 radələrində Ermənistan silahlı qüvvələrinin aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla Goranboy rayonun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata əsasən, saat 4 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket zərbələri endirilmişdir.
Saat 8 radələrində Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutmuşdur. Səhər saatlarından başlayaraq düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəymişdir.
Həmin radələrdə Ermənistan ordusunun Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Böyükbəyli kənd sakinləri 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilmişdir.
Saat 11:30 radələrində Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutmuşdur. Ermənistan mətbuatının verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilmişdir.
Saat 12:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımlamışdır.
Azərbaycan Ordusu tərəfindən Ermənistanın milli qəhrəmanı Vartan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı ələ keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata əsasən,
saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən «Qədim Bərdə» restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olmuş, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Həmçinin bildirilib ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə «Toçka-U» taktiki raket kompleksindən atəş açmışdır. Günorta saatlarında Hikmət Hacıyev erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdiyini açıqlamışdır.
Azərbaycan Ordusunun Şuşa şəhərini bombalaması nəticəsində şəhərin simvolu sayılan Qazançetsots kafedralının günbəzinə ciddi ziyan dəymişdir. Azərbaycan Müdafiə Nazirliyi isə kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını açıqlamışdır. Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolunu artilleriya atəşi ilə məhv edilmişdir.
Saat 19 radələrində Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutmuşdur.[308][309] Saat 8 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edildiyi videogörüntüləri yayımlamışdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: