16.09.2024

Mehriban xanım Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci Vitse-Prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

Mehriban xanım Əliyeva müxtəlif ölkələrin və təşkilatların bir çox mükafatlarına layiq görülüb.

Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Vətən müharibəsindən sonra mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfər edir, bir çox açılış və təməlqoyma mərasimlərində iştirak edir. Eyni zamanda bir sıra tarixi abidələrin yenidən bərpa olunmasına öz töhfəsini verir. 

Mehriban xanım Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir, cansağlığı arzulayır!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: