18.10.2024

AVMVİB üzvü beynəlxalq yarışda birinci yeri qazanıb

Azərbaycan Vətən Müharibısi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Bakı Ali Neft Məktəbinin (BANM) İdman Mərkəzinin məşqçi-müəllimi Pyotr Kuvşinov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında keçirilən “Üzgüçülük hamı üçün” adlı yarışda qalib gəlib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 60 yaşlı kişilər arasında Pyotr Kuvşinov I yeri tutub. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası ölkələrindən 15 müxtəlif yaş kateqoriyasında idmançılar iştirak ediblər. Qaliblərə medalları isə gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Azərbaycan Vətən Müharibısi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Pyotr Kuvşinovu yarışda birincilik qazanması münasibətlə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: