27.07.2024

Təbrik: Şükür Tağıyev — 66

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sıralarında daha bir silahdaşımızın — Tağıyev Şükür Tağı oğlunun doğum günüdür. Onun 66 yaşı tamam olur.

Tağıyev Şükür Tağı oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağstafa rayon şöbəsinin sədridir.

Tağıyev Şükür Tağı oğlu 5 iyun 1958-ci ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olmuşdur. 1976-1981 ci illərdə Azərbaycan Politexnik İnustutunu bitirmişdir. 1982-1990-cı illərdə Russiya Federasiyasında müxtəlif vəzifələrdə calışmış, Saratov vilayətinin Puqacov şəhərində Azərbaycan cəmiyyətinin sədri işləmişdir. Erməni işğalçılarının Vətənimizə təcavüzü zamanı baş leytenant Azərbaycana qayıtmış Vətənimizin müdafiəsinə qalxmışdır. Fizuli, Ağdam və Tərtər rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

Tağıyev Şükür Tağı oğlu eyni zamanda Ağstafa rayonun Qırılı kənd Sirac Əliyev adına tam orta məktəbində GCH fənnindən dərs deyir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, döyüş və iş yoldaşları Şükür müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-06-04-at-20-49-56

Whats-App-Image-2024-06-04-at-20-50-23

Whats-App-Image-2024-06-04-at-21-37-55

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: