Təbrik: Azər Musayev — 55
Bu gün Qarabağ qazsi, AVMVİB Zəngilan rayon şöbəsinin fəal üzvü Musayev Azər Məhəmməd oğlunun 55 yaşı tamam olur.
Bu münasibətlə Azər bəyi təbrik edir, sağlam can uzun ömür arzulayıram.
Musayev Azər Məhəmməd oğlu 1969 cu il 29 noyabrda Zəngilan rayon Seyidlər kəndində anadan olmuşdur. Atası Məhəmməd kişi kənd kitabxanasının müdiri, anası Məryəm isə fəhlə işləyərək ailəni dolandırır. Azər evin 9 cu uşağı idi. İlk təhsilini Zəngilan rayon Seyidlər kənd 8 illik məktəbdə aldıqdan sonra Ermənistan SSri Qafan şəhərində texniki peşə məktəbinə gedərək sürücülük kursunda oxumuş məktəbi qurtarmamış məkirli ermənilərlə aralarında yaranmış münaqişə üzündən ( bir neçə ermənini döydüyünü görə) erməni məktəb rəhbırliyi tərəfindən polisə verilmiş, tutulması tələb olunmuşdu. Bu halı nəzərə alaraq ərizə yazaraq 1987ci ildə Sovet ordusu sıralarına yollanmışdır.
2 il ,1989 cu ilə dək Rusiyanın Orenburq şəhərində hərbi xidmət keçdikdən sonra doğma Seyidlər kəndinə qayıtmışdır.
Azər doğma kəndinə qayıdanda artiq Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə münaqişə başlatmış, qonşu Qafan rayonu ərazisində yerləşən Azərbaycan kəndlərinin sakinlərini qovum öz doğma torpaqlarından çıxarırdılar. Seyidlər kəndi də 3 tərəfdən Ermənistanla sərhəd olduğuna görə orda da vəziyyət ürəkaçan deyildi. 1990 cı ildə o vaxtkı Azərbaycan Respublikasının Daxili İşlər naziri Mərhum Məhəmməd Əsədovun göstərişi ilə sərhəd kəndlərin müdafiəsi üçün o kəndlərdə yaşayan gənclərin milis sıralarına cəlb edib kəndləri məkirli erməni terrorçularının qorumağı üçün hərəkətə keçilir. Azər Musayev də Yeni yaranan milis bölməsinə yazılaraq Vətənin müdafiəsinə qalxır.
Həmən ərəfədə Ermənistanla sərhəddə Sovet Ordusunun qoşunları da yeridilir və Seyidlər kəndində də 1 zastava yaradılır. 1 gün Sovet zastavasının komandiri Yerşov kənd sakinlərindən guya yolu göstərmək adı ilə 4 nəfər, milis nəfərləri Azər Musayev, Ramiz Məmmədov, mülki Nurəddin Nuriyev və Məzahir Əliyevi erməni kəndindənnkeçməklə Yeməzli kəndinə gedir və qayıdanda Qafan rayonunun Həyrək kəndində bu 4 nəfər kənd sakinini erməni terrorçularına təhfil verir.
1 həftə əsirlikdə qalan Azər Musayevə Olmazın işgəncələr verilir. Zəngilan rayon polis idarəsinin və kənd sakinlərinin səyi nəticəsində 20 yə yaxın erməni əsr götürülür və Azər güllə dəyişdirilir. Zəngilan rayon xəstəxanasında müalicə alaraq yenidən xidmətə başlayan Azər Zəngilan rayonu işğal olunduqdan sonra 1995 ci ildə xidməti yerini dəyişərək Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsində işləməyə başlayır. 2 ci Qrup Müharibə Əlili olan Azər Musayev 2016 cı ildə xəstəliyi ilə əlaqədar təqaüdə göndərilir.
2020 ci il Tovuz döyüşlərində Tovuza gedərək ermənilərə qarşı döyüşmək üçün qeydiyyatdan keçi, 2020 ci il iyin ayından sərhədlərimizin bərkidilməsi üçün başladığımız təkər kompaniyasına qoşularaq düşmənlə təmas xəttində postlarımızın bərkidilməsi üçün TITlarla təkərin və Şpalın yüklənməsində böyük əziyyəti olmuşdur. 2020 ci il 27 sentyabrda başlanan Vətən Müharibəsində Füzuli Cəbrayıl istiqamətində Azərbaycan ordusunun təminatında fəallıqla iştirak etmişdir. Hal hazıra kimi də İşğalda azad olunan torpaqlarda hərbi hissələrdə təşkil olunan bütün tədbirlərə qatılaraq gənc əsgərlərimizlə görüşlərdə vətənpərvər ruhda söhbətlər apararaq Əsgərlərimizə dəstək olmaqdadır.
FHN yanğından mühafizə bölməsində işlədiyi müddətdə göstərdiyi şəxsi peşəkarlığa görə rəhbərlik tərəfindən Medallar və Fəxri fərmanla təltif olunmuşdur.
AVMVİB Zəngilan rayon şöbəsinin üzvü olan Azər Musayev AVMVİB in təsis etdiyi xatirə medalları və Bir çox hərbi hissə komandirinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Azər bəyi 55 yaşı münasibətilə təbrik edir, uzun ömür arzulayırıq.