25.01.2025

AVMVİB Yardımlı rayon şöbəsi Ulu Öndər Heydər Əliyevin Anım Günü tədbirində

Bu gün, 12 dekabr 2024-cü il tarixində Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər, dahi şəxsiyyət, Azərbaycanın xilaskarı Heydər Əliyevin anım günü qeyd edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ataları, rayon Polis Şöbəsinin rəisi, rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri, AVMVİB-nin Yardımlı rayon şöbəsinin üzvləri iştirak etdilər. Mərhum Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyularaq xatirəsi anıldı. Daha sonra «Şıxaz» şadlıq sarayında ehsan süfrəsi açıldı və ehsan verildi.

Ulu Öndərə Allah rəhmət etsin, məkanı cənnət olsun.

Qarabağ müharibəsi veteranı,
AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: