14.12.2024

TÜRKAY XAQAN — 30. Atamsiz keçən üçünçü ad günüm

Bu gün Fedai.az qəzetinin əməkdaşı Türkay Xaqanın 30 illik yubileyidir. Gənc yaşına baxmayaraq, Türkay Xaqan öz qətiyyətli və fədakar fəaliyyəti ilə atasının irsini layiqincə yaşadır və davam etdirir. Mərhum Xaqani Ədəboğlunun açdığı yolun ideoloji sütunlarını sadiqliklə yanaşı, o, öz yazı üslubunda, Azərbaycanın müstəqilliyi, Türk dünyasının birliyi və Turançılıq ideallarını ön planda saxlayan dəst-xətti qorumağ bacarır.

Türkay Xaqan gənc nəsilləri vətənpərvərlik ruhunda yetişdirmək, Azərbaycan-Türk birliyini gücləndirmək və Turançılığın ali ideallarını təbliğ etmək məqsədini hər zaman diqqət mərkəzində saxlayan irsin layiqli davamçılarındandır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Türkay Xaqanı doğum günü münasibətilə təbrik edərək ona yeni-yeni uğurlar arzulayır və fəaliyyətindəki daha böyük uğurlara imza atacağına əmin olduğunu bildirir.

Redaksiyamız fürsətdən istifadə edərək mərhum Xaqani Ədəboğlunun övladı Türkay Xaqanın 30 yaşı münasibəti ilə yazdığı təbriki də diqqətinizə çatdırır.

Lap dünənlər kimi düşündüm, amma tam 27 ili arxada qoymuşuq. İllər nə tez ötdü. Sən artıq böyük adamsan. Bil ki, sən həmişə mənim üçün balaca uşaq olaraq qalacaqsan. O cür sevimli, o cür saf…

Həyat enişli-yoxuşlu yollardan ibarətdir. Tanrı hər insanı enişində, yoxuşunda sınağa çəkər. Allahın sınaqlarından daim üzüağ, alnıaçıq çıxmanı diləyirəm.

Sağlam, hüzurlu günlər, aylar, illər sənin olsun, Türkay bəy. Biz səninlə fəxr edirik, çünki sən bizi heç vaxt ruhdan salmamısan və həmişə fəxr edə biləcəyimiz işlər görməyə çalışmısan. Bu həyatda və qarmaqarışıq dövrdə doğru olduğunu düşündüyün və bildiyin yolla getməyə çalış!

Bütün gözəlliklər, sənin olsun və bu gözəlliklər qoynunda 100 yaşa, Türkay bəy!

Fedai.az kollektivi, atan, anan, bacın Turan, qardaşın Atilla səni təbrik edir…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: