21.11.2024

Başsağlığı: Allah rəhmət etsin

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini, AVMVİB-in Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov haqq dünyasına qovuşmuşdur.

Həsənov Natiq Nəriman oğlu Azərbaycanım ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə iştirak etmiş Vətən oğullarımızdan idi. O, eyni zamanda 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən Vətən müharibəsi dövründə hərbi qulluqçularmızın yanında olaraq əlindən gələn köməyi əsirgəməmişdi. Natiq Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, Mingəcevir şəhər İcra Hakimiyyəti Başçısının, eləcə də bir sıra təşkilatların müvafiq medalları və döş nisanları ilə təltif olunmuşdu.

Qayğıkeş və səmimi insan Həsənov Natiq Nəriman oğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir. Allah rəhmət etsin!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: