18.12.2024

AVMVİB kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda onu ziyarət etmiş, məzarı önünə əklil qoyaraq onun əziz xatirəsinə ehtiramlarını ifadə etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixinin memarı kimi milli dövlətçiliyimizin əsaslarını yaratdığını, xalqın rifahı və ölkənin beynəlxalq arenada nüfuzunun artması istiqamətində həyata keçirdiyi genişmiqyaslı islahatların əhəmiyyətini qeyd etmişdir. O, Ulu Öndərin uzaqgörən siyasətinin Azərbaycan xalqının gələcək nəsilləri üçün güclü və qüdrətli bir dövlət qurmağa xidmət etdiyini bildirmiş, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsindəki tarixi rolunu xüsusi vurğulamışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev saytımıza açıqlamasında Heydər Əliyev irsinin layiqli davamçısı olan, Ali Baş Komandan İlham Əliyev cənablarının ata vəsiyyətinə əməl edərək suveren, güclü və müstəqil Azərbaycanın daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdığını vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan tarixi Zəfər də məhz Heydər Əliyev siyasətinin və bu siyasəti uğurla davam etdirən İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir və Ulu Öndərin əziz xatirəsi hər bir Azərbaycanlının xatirəsində əbədi olaraq yaşayacaqdır.

AVMVİB-in Mətbuat xidməti

FOTO: Yavər Məmmədov

Whats-App-Image-2024-12-12-at-20-22-18

Whats-App-Image-2024-12-12-at-20-22-19-1

Whats-App-Image-2024-12-12-at-20-22-20

Whats-App-Image-2024-12-12-at-21-08-57

Whats-App-Image-2024-12-12-at-21-08-58

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: