27.07.2024

AVMVİB Namiq Həsən oğlu Əliyevi təltif etdi

Bu gün Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının  “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor  Namiq Əliyevin Qarabağa həsr etdiyi bir çox kitablarının təqdimatı mərasimi keçirilmişdir.

24.05.2024 tarixində keçirilən təqdimatı mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) də təmsil olunmuş və səbəbkarı təltif etmişdir.

Belə ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin qərarı və AVMVİB sədri Füzuli Rzaquliyevin imzaladığı müvafiq əmr ilə Namiq Həsən oğlu Əliyev AVMVİB-nin təsis etdiyi «Böyük Zəfər» xatirə medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, tədbirdə iştirak edən ölkə ziyalıları, şəhid ailələri və müharibə iştirakçıları Namiq Əliyevin ümumi fəaliyyətini təqdir edən çıxışlar etmişlər. Tədbirdə AVMVİB Yasamal rayon şöbəsinin müdiri Salman Hüseynov və AVMVİB Gənclərlə iş üzrə şöbə müdiri Həsən Əliyev çıxışları zamanı Namiq Əliyevin hər nəslə nümunəvi bir şəxsiyyət olmasını haqqında danışmış, gələcək fəaliyyətində ona uğurlar arzulamışlar.

AVMVİB Mətbuat xidməti

8765
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: