15.10.2024

Matryoşka əslində yapon oyuncağıdır?

Rus mədəni irsinə 1890-cı ildə daxil olmuş bu oyuncağın kökü Yaponiyaya gedib çıxır.

XIX əsrin əvvəllərində Moskvanın şimalındakı Abramtsevo adlı malikanə, rus xalq sənətinin inkişafında çox vacib rol oynayırdı. Bu malikanənin və eyni zamanda da oyuncaq dükanının sahibi olan Savva Mamontov, xanımı Yelizavetaya hədiyyə olaraq Yaponiya səyahəti zamanı Yaponların «Xoşbəxtlik tanrısı» Şiçi Fukucin olan yeddi şanslı tanrını təmsil edən iç-içə olan oyuncaq fiqurdan gətirir. Daha sonra Mamontovun qardaşı Anatoli uşaqlar üçün təhsil atelyesində bu fiqurun rus versiyasını yonaraq düzəltməyə başlayır. Yonma işi bitdikdən sonra isə boyamağı xalq rəssamı olan Sergey Malyutin edir. Adı isə dövrün populyar qadın adı olan Matryonadan götürülür…

O dövrdə çökməkdə olan Rus istehsalını canlandırmağa kömək edən bu oyuncaqlar get-gedə Rus mədəniyyətinin əsas hissəsinə çevrilir.

Matryoşkalar 1900-cü ildə Paris beynəlxalq sərgisində nümayiş olunduqda bütün dünyada tanındı və Rusiyanın bir çox yerlərində kütləvi istehsala başlandı. Hər il bir neçə milyon kukla istehsal olunmağa başladı. Və beləliklə Matryoşkanın qədim Rus oyuncağı olması barədə mif formalaşdı. Bu kuklalar o qədər məşhurlaşdı ki, başqa ölkələrdə onları təqlid etdilər və Rusiyada bir neçə müxtəlif növü meydana çıxdı…

Rafael Dağlı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: