24.06.2024

2 Fevral Azərbaycan Gəncləri günüdür

1997-ci ildən hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev 30 avqust 2005-ci il tarixli, 982 saylı sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» təsdiq etdi və və keçən beş il Azərbaycan gəncliyinin həyatında əlamətdar bir dövr yaşanmışdır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi də ölkə tarixində əlamətdar bir hadisə olmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu günün əhəmiyyətini belə qiymətləndirmişdir: «Azərbaycan gəncliyi hər zaman ölkənin ictimai-siyasi-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir və cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində minlərlə gənc öz canı və qanı bahasına xalqının namusunu hifz etməklə bunu birdaha sübut etdi. Bu gün AVMVİB-in Gənclər şöbəsi fəaliyyət göstərir. Həmin şöbənin gənc sədri olan Əliyev Həsən Həmid oğlu, eyni zamanda, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatın fəal üzvü və Məntəqə Seçki Komissiyanın sədri kimi, dövlətimizin müəyyən etdiyi sosial siyasət çərçivəsində gənc qazi və müharibə veteranlarımızın sosial problemlərinin həlli istiqamətində zəruri addımlar atır.
Bütün gənclərimizi təbrik edirəm! Var olsun Azərbaycan gəncliyi!».

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: