05.12.2024

İlham Əliyev — böyük tarixi şəxsiyyət

Bu gün Azərbaycana qalibiyyət bəxş edən, ata vəsiyyətini yerinə yetirərək xalqımıza tarixi qürur hissi yaşadan, Heydər Əliyev yolunun layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyev möhtəşəm Zəfər qazanmaqla adını əbədi olaraq ürəklərə yazdırdı.

1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən, elmi-pedaqoji fəaliyyətinə də elə orada başlayan İlham Əliyev, həm aspirant, həm də müəllim olmuşdur.

O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur və hazırda Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin  deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.

lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Son 10 ildə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı, Neftçala, Masallı və Hacıqabulda sənaye məhəllələri yaradılıb.

Dövlət başçısının 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” tarixi Fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təzahürü, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təsdiqidir.

Ötən19 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı «Eurovision» mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, «Formula 1» yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının rəsmi açılışı olub. Açılışlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Laçın beynəlxalq hava limanlarının inşası davam etdirilir. Göygöldən Murov dağının altından Kəlbəcərə uzunluğu təqribən 12 km olan tunel sürətlə çəkilir. Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanıb. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planları təsdiqlənib, onların bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. 2021-ci il aprelin 26-da bu istiqamətdə artıq ilk Mükafatları 40 beynəlxalq təşkilatın və təhsil müəssisəsinin xüsusi mükafatları, fəxri elmi adları Mükafatları 14 beynəlxalq idman təşkilatının ordeni, medalı, diplomu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin addım atılıb. Zəngilan rayonunda yüksək texnologiyalara əsaslanan ilk “Ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatdırılıb. Ağalı kəndində icra edilən layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər. Bu hadisə həm də Böyük Qayıdışın başlandığı gün hesab olunur. Erməni vandalları tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər qısa müddətdə doğma yurdlarına qayıtdılar. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Azərbaycan xalqının mədəni irsini ümumi türk adət-ənənələri kontekstində qiymətləndirərkən bu mədəniyyətin qədim zamanlardan müasir səviyyəyə qədər uzun bir təkamül prosesi keçdiyinin bir daha şahidi oluruq. Zəngin bir proses keçən bu kimliyin öyrənilməsinin zəruriliyini təsdiq etməklə yanaşı, onun Azərbaycanlılıq əlaqələrinin araşdırılmasının zəruriliyinə də diqqət çəkmək istəyirik. Yəni, Azərbaycan mədəniyyəti daxilində genetik və tipoloji paralellərin aparılması bu mədəni irsin Azərbaycan xəzinəsinə verdiyi töhfələrin və aktuallığının istiqamətini və xarakterini anlamağa imkan verə bilər. Çünki Azərbaycan mədəni ənənəsinin formalaşmasında mədəniyyətlərarası dialoq və multikulturalizmlə bağlı müqayisəli təhlillərin ən münasib variantları Azərbaycan nümunəsinə əsaslanacaq. Çünki mədəni inteqrasiya sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, bu gün mədəniyyət sahəsində aparılan tədqiqatlar da Azərbaycan mədəniyyətinin zənginliyini, rəngarəngliyini, milli özünəməxsusluğunu təsdiq edir.

Ötən illər Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb.

2024-cü il fevralın 7-də Azərbaycan Prezidenti müəyyən etmək üçün keçiriləcək növbədənkənar prezident seçkiləri. Bu seçkilər iqtidar nümayəndələri və jurnalistlər tərəfindən kütləvi informasiya vasitələrində Zəfər seçkisi olaraq da adlandırılmışdır. Zəfərimiz naminə əldə olunan naliyyətlər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.
Yaşasın Azərbaycan Xalqı! Yaşasın Prezidentimiz!

Lalə Rəhman qızı Nəcəfli,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: