AVMVİB sədri Mehriban xanım Əliyevanı təbrik edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanı doğum gününü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
«Çox hörmətli Mehriban xanım!
Siz daima şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı göstərmisiniz. Siz, uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə müstəqil Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr vermisiniz. Bizim tariximiz çox qədim və zəngindir, minillikkləri əhatə edir. Siz Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan birisiniz. Çoxşaxəlı fəaliyyətiniz ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq etmisiniz. 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmağınızla yanaşı milli qələbəmizə böyük töhfə vermisiniz. Əsl Azərbaycan xanımına xas zəriflik, mərhəmət və möhkəm iradənizlə xalqımıza daim nümunə olmusunuz.
Bu gün bizim üçün ikiqat bayramdır. Çünki həm Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının ildönümünü qeyd edirik, həm də Sizin doğum gününüz bu əlamətdar tarixə təsadüf edir. Azərbaycanın igid və qəhrəman oğulları hər zaman Sizin qayğınızı, dəstəyinizi duyaraq qürur hissi keçirirlər. Ulu Vətənimizin müstəqilliyinin möhkəmləndirilməsi, milli dəyərlərimizin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi yolunda gördüyünüz işlər daim bəhrəli olsun!
Doğum gününüz münasibətilə müharibə veteranları adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
AVMVİB-in Mətbuat Xidməti