Şəhid Əkrəm Şadmanovun şəhadətinin 40-cı günüdür
Düşmənin terror məqsədilə quraşdırdığı tank əleyhinə minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Əkrəm Şadmanovun şəhadətinin 40-cı günüdür.
Fedai.az xəvər verir ki,Polkovnik-leytenant İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.
Polkovnik-leytenant Əkrəm Şadmanov Xocalıya ilk qədəm qoyan hərbçilərimizdəndir.
Əkrəm Şadmanovun şəhadətinin 40-cı günü münasibəti ilə Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri İkinci Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin