27.07.2024

Vahid Abdurəhmanov: «29 il öncə AVMVİB yarandı…»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 29 ili tamam olur

Bu məqsədlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun fikirlərini bizimlə bölüşdü.

Vahid Abdurəhmanov bildirdi ki «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 26 avqust 1994-cü ildə Bakıda təsis olunub. İctimai Birliyin məram və məqsədi müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.

2016-ci il Aprel döyüşləri və 44 günlük Vətən müharibəsindən sonra İctimai Birliyin sıraları daha da artmışdır. Hazırda üzvlərimizin sayı 90 min nəfərə yaxındır. Buna səbəb AVMVİB-nin rəhbərliyinin vətənpərvərlik mövzularında mədəni və sosial mözvulu silsilə tədbirləri həyata keçirməsi, mütəmadi olaraq Şəhid ailələlərini, Qarabağ müharibəsi iştirakçılarını, ümumiyyətlə bütün veteranları mütəmadi ziyarət etmələri, onların problemləri haqqında vaxtaşırı araşdırmalar aparmaqla yanaşı, dövlət tədbirlərində, həmçinin yerli icra hakimiyyəti orqanları, o cümlədən, ümumtəhsil məktəbləri və universitetlər ilə birlikdə mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməsidir.

Bununla yanaşı biz gənc döyüşçülərin cəmiyyətə adaptasiya olunmaları üçün bütün imkanlarımızı səfərbər etdik. AVMVİB sədri Füzuli Rzaquliyevin verdiyi göstəriş əsasında bütün şəhər və rayon şöbələri bu istiqamətdə fəaliyyətlərini qurdular. Öz daxili imkanlarımızla üzv olmaq istəyənləri üzvlük vəsiqələri verib, üzvlük haqlarından da azad etmişik. Öz təcrübəmiz, keçdiyimiz yolla bağlı onlarla söhbətlər aparırıq. Cəmiyyətimizdə bu insanlara diqqət ayırmalıdır. Bu bir dövrdür.

Hamımız bu yolu keçmişik. Ömrümüzün artıq 29 ili müharibə veteranlarının ən çoxsaylı birliyinin üzvləriylə bu günə gəlib çıxmışıq. AVMVİB ictimai birlik olaraq 44 günlük Vətən müharibəsi günlərində bir daha özünü təsdiqlədi. Bu müharibədə sədrimiz Füzuli Rzaquliyev olmaqla yüzlərlə müharibə veteranının övladları özləri ilə birgə bu döyüşlərdə iştirak etdilər. İllərcə gözlədiyimiz Böyük Zəfərə qovuşduq. Allah bu yolda şəhid olanlara rəhmət eləsin və döyüşçülərimizə isə Allah cansağlığı versin.

44 günlük Vətən Müharibəsi bir daha göstərdi ki, Vətən döyüçülərin çiyni və şəhidlərimizin qanı üzərində bərqərar olub. Bir daha AVMVİB-nin 29 illiyi münasibətiylə hər birinizə xoş arzularımızı çatdırırıq!»

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: