AVMVİB-in növbəti tədbiri Biləsuvarda baş tutub
Avqust 17-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbəsində “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” adlı layihə çərçivəsində Cəbrayıl rayonunun bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
QHT.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ǝrazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçsının müavini Fəridə İbayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Təşkilat işləri üzrə sədr müavini Vahid Abdurəhmanov, Nəzarət, Təftiş komissiyasını sədri Niyazi Quliyev, AVMVİB-nin Xocalı və Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev, AVMVİB Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev və Cəbrayıl rayon şöbəsinin üzvləri iştrak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə geniş və ətraflı məlumat verib. Tədbirdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilməsi və onların qarşılaşdığı problemlərin araşdırılması mövzusunda məhsuldar müzakirələr aparılıb.