27.07.2024

Müharibə veteranları ilə bağl Nazirlər Kabinetinə təkliflər olundu

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Baş nazirin digər müavini Şahin Mustafayevlə keçirilən görüşlər zamanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər paketi təqdim etmişdir. Təkliflər paketində yuxarıda qeyd olunanlardan irəli gələn digər məsələlər də öz əksini tapmışdır.

Qeyd olunan təkliflər arasında Azərbaycanda ən böyük müharibə veteranı təşkilatı hesab olunan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) dövlət büdcəsindən maliyyələşən təşkilatlar sırasına daxil edilməsi ilə bağlı olmuşdur. Çünki AVMVİB 30 ilə yaxındır ki, təmənnasız, ictimai əsaslarla fəaliyyət göstərmiş, 90 min müharibə veteranlarıni öz ətrafında birləşdirərək onların kimlərinsə şəxsi maraqlarına alət olmaması, hüquqları ilə bağlı maariflənməsi, hərbi-vətənpərvərlik ruhunun yüksəlidilməsi istiqamətlərində bir çox əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur və tədbirlər planı həyata keçirilmişdir.

AVMVİB hər zaman öz fəaliyyətində dövlətimizin maraqlarını rəhbər tutan, tək amalı Qarabağın azad edilməsi, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzir olan böyük bir veteran ordusu təşkilatı olaraq son illər imkanların zəif olduğundan «Veteranlar haqqında Azərbaycan Respubilkasının müvafiq Qanununa uyğun olaraq bu gün AVMVİB-ə müəyyən büdcə ayrılsa, daha böyük işlər görə biləcəyi vurğulanmışdır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: