27.07.2024

AVMVİB sədrindən etiraz: «Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarını kobud surətdə pozub»

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) 11.07.2023-cü il tarixində yaydığı məlumata görə, Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkar olunmuş və bu cəhdlər videoçəkiliş aparılaraq sənədləşdirilmişdir (Ərfalı: https://fedai.az/?p=93567).

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Fedai.az-a açıqlamasında bildirmişdir ki, işi humanitar problemlərlə məşğul olmalı olan beynəlxalq səviyyəli bir komitənin erməni quldurları ilə əlbir işləməsinə artıq şübhə yeri yoxdur. Çünki Dövlət Sərhəd Xidmətinin açıqlamasında vurğulanır ki, qanunsuz əməllərinə son qoyması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə rəsmi formada müraciətlər edilsə də, bu müraciətlər qulaqardına vurulmuşdur.

AVMVİB sədrinin sözlərinə görə bu faktlar ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin açılması və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmasına məsuliyyəti adına, formatına, məqsəd və məramına uyğun olmayan fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi daşıyır. Humanitar məqsədlə təsis edilmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistanla biznes əlaqələrinə girərək qanunsuz qaçaqmalçılıqla pul qazanması belə bir komitənin statusuna və beynəlxalq imicinə böyük bir zərbədir.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: