21.11.2024

60 yaşdan yuxarı müəllimlərin imtahanlara dəvətləri ləğv olundu

“Sertifikasiya imtahanında iştirak etmək istəyən yaşı 60 və yuxarı olan müəllimlərin 20 iyundən başlayaraq sertifikatlaşdırma imtahanlarına dəvət olunmuş müəllimlərin dəvətləri ləğv olunub”.

“Veteran.az” xəbər verir ki, bununla bağlı məlumatı Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunmuşdur. Buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur:

«Nəzərinizə çatdırırq ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək».

Qeyd edək ki, imtahana hazırlaşan 60+ yaşlı müəllimlərin nömrələrinə də bununla bağlı mesajlar göndərilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: