24.11.2024

11 yeni yoluxma — Daha 1 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Veteran.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 831 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 79 nəfərdir.

Son sutka ərzində 1 144, hazırkı dövrədək isə 7 610 914 test aparılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: