27.07.2024

Təbrik: Tələt Rüstəmov — 56

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri  Rüstəmov Tələt Rüstəm oğludur. May ayının 11 -də onun 56 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri Rüstəmov Tələt Rüstəm oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranlarİctimai Birliyinin (AVMVİB-in) rəhbərliy, Fedai.az və Veteran.az kollektivi, doğmaları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Tələt yaşnızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin , hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

Tələt Rüstəmov 1967 — ci ilın may ayının 11 -də Azərbaycan Respublikası Ağcabədi rayonun Hacıbədəlli kəndində anadan olub.

1984 -cü ildə Ağcabədi rayonun Hacıbədəlli kənd orta məktəbini, 1989- cu ildə isə Bakı Plan — İqtisadiyyat Texnikomunun “Maşınqayırma Səneyi Müəssisələrinin Planlaşdırılması” fakültəsini bitrib.

1985 — 1986 — ci ildə Sovet Ordusunun Xabarovsk diyarının Komsomolsk — Amur şəhərində müddəti həqiqi hərbi xidmətə olub.

1989 — 1991 -ci ildə Ağcabədi rayonun Hacıbədəlli kəndində Ekologiyanın mühafizəsi sahəsində müvafiq vəzifələrdə işləyib, 1994 — cü ildən etibarən isə Ağcabədi rayonunda kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

1992 — 1993- cü illərdə könüllü olaraq Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində motoatıcı taqım və kəşfiyyat qurup komandiri, motoatıcı böluk komandiri vəzifəsində xidmət etmişdir. O,Xocavənd rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlir.

Hərbi  və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , döyüş bölgələrində yerləşən hərbi hissələrdə şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Ordusunun korpus və hərbı hissə komandirlərinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə birsıra xatirə medaları ilə təltif edilib, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏLƏT!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: