27.07.2024

Azərbaycan və ABŞ arasında hərbi təhsil müzakirəsi

Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən Veteran.az-a verilən məlumata görə, Universitetlə tanışlıqdan sonra general-leytenant Ramiz Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T. Plen ilə görüşüb.

Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant Ramiz Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: