21.11.2024

İmtahanda Qarabağla bağlı bu materiallardan suallar düşəcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə Vətən müharibəsi, iqtisadi rayonlarının yeni bölgüsü və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na aid materialları təqdim edib.

DİM-dən Veteran.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 16 noyabr 2022-ci il tarixli I Dövlət Proqramında təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi əsas prioritet istiqamətlərdən birini təşkil edir.

Proqrama əsasən ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması həyata keçiriləcəkdir. Bununla bağlı, ərazilərdə geniş bərpa quruculuq işləri aparılır.

Məlumat üçün bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair bilgilər almayıblar.

Mövzunun vacibliyini nəzərə alaraq, bildiririk ki, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война) и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”

Məlumat üçün onu da bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar respublikanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı istifadədə olan dərsliklərdən bilgilər almadıqlarından, onlara dair II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında coğrafiya fənnindən istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Azərbaycan Respublikasının iqtisadi rayonları və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Экономические районы Азербайджанской Республики и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”

Materiallar həm də 2023-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: