66 İLLİK ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR YOLU: HABİL HƏMIDOV

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə ınsanlardan biridə bacarıqlı,təşkilatcı, qayğıkeş, nəcib davranışı və yüksək mədəniyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin üzvü istefada olan mayor Həmidov Habil Həmid oğludur. Noyabr ayının 20- də onun 66 yaşı tamam olur.
Daimi həyatın bütün snaqlarından alınıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Qəbələ rayon şöbəsinin üzvü istefada olan Mayor Həmidov Habil Həmid oğlunu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Qəbələ rayon şöbəsinin sədri polkovnik leytenant Rafiq Qaçayev səmimi qəlbdən təbrik edir. Ona, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Habil Həmidovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan nçüharibə veteranı istefada olan mayor Həmidov Habil Həmid oğlu 1956-cı ilin noyabr ayının 20 — də Qəbələ rayonun Vəndam qəsəbəsində zəhmətkeş ailədə anadan olub. İctimai işlərdə fədakarlıq göstərən, dostlarna və yaxınlarına isti münasibətdə olan Habil İdris oğlu Həmidov 1974 -cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində orta məktəbi bitirib, 1975 — 1977 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə (manqa komandiri -cavuş rütbəsində) oilub.
Habil Həmidov 1978 — ci ilin yanvar ayindan Sumqayit şəhər Boru– prokatlar zavodunda fəhlə işləyib. 1982 — ci ildə N.Tusi adına Pedoqoji institunu (indiki Azərbaycan Pedaqoji Universitetini).bitirib.
İşgüzar,çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli Habil Həmidov 1982-1983 cü illərdə 49 saylı peşə litseyində müəllim işləyib, 1983 -1992 — ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə polis İdarəsinin Qəbələ rayon şöbəsində Kadırlar üzrə inspektor , 1992- 2004 cü illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində, Binəqədi və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə qərarğah rəisinin Nizamı hissə üzrə baş köməkçisinin müavini, Nizami hissə və Kadrlar bölməsının rəisi, Silah xidməti rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Zəngin təcrübəsi, yüksək peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən Mayor Həmidov Habil Həmid oğlu ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidmət yolunu, Daxili İşlər Orqanlarında və Daxili Qoşunların hərbi hissələrində xidmətdə kecirib.
Müharibə veteranı istefada olan Mayor Həmidov Habil Həmid oğlu, Aərbaycan respublikasının ərzi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində gedən) döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə ..

Habil Həmidov Daxili işlər orqanlarında və Daxili Qoşunllarda xidmət etdiyi illər ərzində,Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında, ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət hissi ilə yanaşmışdır
Hərbçi, polis və döyüşcu yoldaşları Habil Həmidovu vətənpərvər, qorxmaz, əliacıq, saxavətli, zəhmətkeş zabit kimi dəyərləndırırlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost – tanış, qohum- əqraba, qonşu, ünsiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailəsi arasında özünə layiq hörmət qazanıb .
O, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Sİllahlı Qüvvələrin Ümümqoşun Hərbi nizamnaməsinin, Daxılı işlər Nazirliyi Daxili Qoşunların isə Döyüş xidməti nizamnaməsinin tələblərinin və ona həvalə olunmuş vəzifə borcunun yerinə yetirilməsində bir cox hərbi qulluqçulara və polis əməkdaşlarına şəxsi nümunə olmuşdur.
Mayor Həmidov Habil Həmid oğlu Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin xidmət etdiyi polis İdarəsinin (şöbə) rəisinin , hərbi hissə komandirlərinin, Azərbaycan vətən müharibəsi veteranları ictimai birliyinin sədrinin müvafiq əmrləri ilə bir sira,döş və yubiley nisanları ilə təltif olunub, fəxrı fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
-“ Qüsursuz Xidmətlərə Görə”
1- dərəcəli medal ilə- Xidmətdə 20 il qusursuz xidmətlərə görə ;
— “Qüsursuz Xidmətə Görə “ 2 dərəcəli medal ilə,
15 il qusursuz xidmətlərə görə;
— “Qüsursuz Xidmətlərə Görə “ 3 dərəcəli medal ilə,
10 il qüsursuz xidmətlərə görə;
-» Silahlı Qüvvələrin yaranmasının” 10 illiyi yubiley medalı ilə,
— “Böyük Zəfər” medali ilə;
-» Müharibə Veteranı” Medalı ilə ;
-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının
(1994 – 2019) 25 illiyi yubiley medalı ılə,
-» Silahlı Qüvvələrin yaranmasının” (1918- 2018) 100 illiyi yubileyi medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK! HABİL .
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
100 YAŞA, SAĞLAM YAŞA!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
