15.10.2024

Türkiyədə terror aktında yaralananların son VƏZİYYƏTİ açıqlanıb

İstanbulda törədilən terror aktında yaralananların vəziyyəti açıqlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün «Twitter» hesabında məlumat yayıb.

Bildirilir ki, yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Xəstəxanadakı 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır. 

Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: