14.12.2024

Müharibədə şəhid xəbəri gələn qazinin toyu oldu

Noyabrın 11-də Vətən müharibəsi qazisinin toyu olub.

Modern.az xəbər verir ki, Lənkəran şəhərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan, döyüşdə yaralanmağına baxmayaraq sonadək vuruşan, koma vəziyyətində düşmən tərəfindən əsir alınan, ailəsinin şəhid bilib ağladığı, 52 gündən sonra Azərbaycana qaytarılan Vəlihəd Vəliyev üçün toy məclisi qurulub.

Toyda ailə yaxınları, şəhid ailələri, qazilərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və kollektivi, Ombudsman Səbinə Əliyeva da iştirak edib.

Qəhrəmanımızın şad günündən olan görüntüləri təqdim edirik:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: