22.11.2024

Ağdam — mövcud olmayan bir şəhər!

Redaksiyadan: Ruslar tərəfindən yazılmış bu yazını diqqətinizə çatdırırıq. Beyinləri erməni yalanları ilə doldurulmuş ruslar faktlarda yanlışlıqlar versə də, ermənilərin- bu Kornif xarabalarında peydahlanmış xalqın, yığnağın törətdiyi vandalizmi yayınlayır. Təkcə bu xarabalığa görə biz Ermənistanı beynəlxalq tribunallarda süründürə bilərik. Bunu etmirik. Niyəsini özünüz düşünün. Mütləq bir cavabı var. Çünki cavabsız sual olmur…

Mənbə: https://zen.yandex.ru/media/tpicture/agdam-gorod-kotorogo-uje-net-5d8d747ee4fff000adb71e1e?fbclid=IwAR3dfjTZSaM_a6WAid2kJmf5ksmV_5KCa2N9pq_pLf1arBYx-nl2o29SCS0
Budget Traveller

Dağlıq Qarabağdakı son gün, Ağdamı yaxından araşdırmağa qərar verdik. Bu şəhər haqqında dəfələrlə eşitmişik (ümumiyyətlə “Ağdama getməyin!” kontekstində), buna görə də ora getmək istəməyimiz təəccüblü deyildi. Nə olursa olsun, bütün bu xəbərdarlıqlar Ağdamın vacib və fərqli bir yer olması barəd təəssürat yaradırdı.

Biz yavaş-yavaş Ağdam döngəsinə tərəf yol aldıq, orada Azərbaycan snayperləri üçün əlçatan «qırmızı zonanın» başladığı əraziyə yaxınlaşdıq. Arxamızda bir maşın gəlirdi, bizi onun bizi keçməsinə imkan yaratdıq və üfüqdən itdikdən sonra sürətlə Ağdama tərəf döndük. Günəş şüalarından qovrulmuş düzənliklərlə əhatə olunmuş tozlu bir yola düşdük. Bəzən otların arasında xarabalığa çevrilmiş daş konstruksiyalar ilə rastlaşırdıq. Magistraldan uzaqlaşdıqca, şəhərə çatana qədər xarabalıqların sıxlaşdığını və çoxaldığını seyr etməkdəydik.

Ya da heç olmasa, Ağdamdan geridə qalanları seyr edirdik.

Dağlıq Qarabağın əksər hissəsində, əsasən ermənilər yaşayırdı, Ağdamın 97% -i azərbaycanlılar idi. Dağlıq Qarabağdakı müharibə zamanı Azərbaycan qüvvələri Ağdamdan öz qoşunları üçün plasdarm kimi istifadə edirdilər. Azərbaycan ordusu Dağlıq Qarabağda dəhşətli hərəkətlərə yol verdi (!!!?). 1992-ci ilin aprelində Marağadakı bütün erməni mülki əhali qətlə yetirdilər (!!!?) bölgəni erməni mədəniyyətinin hər hansı bir izindən təmizləmək üçün kilsələrə və digər mədəniyyət obyektlərinə hücum etdilər (Bu ərazidə ermənilərin buraya köçüb gəlmələrinin 150 illiyi ilə bağlı tikdikləri bircə abidə vardı, onu da özləri vandalcasına dağıtmışdılar-red.). 1993-cü ildə Ermənistan ordusu onları geri oturtdu və Ağdamı azərbaycanlılardan aldılar. Human Rights Watch təşkilatının məlumatına görə, ermənilər zorakı etnik təmizləmə nəticəsində azərbaycanlıları öz evlərindən zorla çıxardıqları üçün ermənilər müharibə qaydalarını pozublar. Azərbaycanlılar buradan «yox olanda» erməni qoşunları Ağdamda geri qalanı hər şeyi məhv etdilər, bir vaxtlar 24 min əhalisi olan şəhər, xarabalıq bir şəhərə çevrilib.

Ermənistan ordusu Ağdamı xəritədən silmək işində yaxşı işləyiblər. Küçələr və evlər olduğu yerlərdə indi, yalnız qapı və sütunlar var idi, pəncərə çərçivələri ətrafa səpələnmişdi. Bütün xarabalıqlar ağaclarla örtülmüşdür. Xarabalıqlar, bir keçmiş imperiyanın qalıqları kimi görünürdü. Daşların arasında tez-tez, yanmış avtomobil şinlərini, müxtəlif məişət əşyalarının qalıqlarını görmək olurdu. Səpələnmiş əşyalar faciənin təzəliyinə işarət edirdi.

Şəhərin mərkəzinə yaxın bir yerdə avtomobili saxladıq: dağıdılmış daş kotteclər öz yerini daha böyük beton binalara verirdi.

Biz piyada Ağdamın mərkəzinə tərəf getdik.

Biz burada tək deyildik. Zibil yığınları arasında gizlənmiş bir hərbi nəqliyyat vasitəsi gördük və keçdiyimiz bomba nişanları olan evlərdən birinin mənzərəli, pəncərələrində pərdələr və qapının yeni bir kilidi olduğunu gördük.

Keçmiş müharibə zonasının ərazisində gizli qalmaq asan iş deyil, amma tutulma qorxusundan qurtulmağa çalışdıq. Binaların divarları boyunca hərəkət edirdik, ayağımızın altına səpələnmiş armatur parçalarına ilişməməyə çalışırdıq. Biz yaxşı başa düşürdük ki, maşınımızı görüblərsə, mütləq tutulacağıq. Buna baxmayaraq, yavaş-yavaş köhnə küçələrin üzərində görünən minarələrə tərəf getdik.

Bir vaxtlar bu minarələr Ağdamın əsas məscidinə aid idilər.

Ağdam məscidinin, arxiv fotoşəkillərinə görə, hovuzları və bulaqları olan bağları, parkda ağacların arasındakı İran üslublu əkiz minarələri vardı. İndi bu minarələrin hələ də öz yerində dayanması təəccüblüdür. Bu kərpic qüllələr artıq bir quru ot qalaqlarının və tikinti zibilləri yığınının arasından ucalır.

Şəhər küçələrindən keçib məscidin arxasında gizləndik, sonra sürətlə içəriyə girdik və pilləkənlərlə yuxarı qalxdıq. İçəridə hər şey dağıdılıb. Zəngin üslubda bəzədilmiş sütunlar üzərindəki tağlı tavanlar tozla örtülmüş, ətrafa daş parçaları səpələnmiş, latın, erməni və kiril hərflərində müxtəlif yazılar, insan əli çatdığı qədər yüksəklərə cızılmışdır. Divarlardan sökülmüş mis telləri, mis axtaran qarətçilərin izlərini bənzəyir.

Pilləkən, bizi məscidin kərpic qübbələri arasındakı otla örtülmüş çatıya aparırdı. Oradan Ağdamın mənzərəsini daha yaxşı görmək üçün minarəyə qaçdıq.

Şəhərin miqyası — faciənin miqyası bu rakursdan daha aydın görünürdü. Budur, minarədən Ağdam, tamamilə ovuc içi kimi göründü. Boş xarabalıq evlər, viran qalan parklar, dağılmış yollar …

24000 (!!!?) insan öz evlərindən mərhum oldu, bütün bir şəhər tam məhv edilib.

Minarənin yuxarı hissəsindən aşağıya baxdıqda hərəkət edən bir nəfər gördüm. Kamuflyaj geyimli bir gənc küçələrdə gəzişirdi, çox inamlı idi, deyəsən, buraya da bizim kimi qeyri-qanuni gəlməmişdi.

Düşündüm ki, o, ən yaxın hərbi bazadan olan bir hərbçidir, birdən yaxınlıqda bir köpək hürməyə başladı, sonra başqası da ona qoşuldu.

Artıq düşündüm ki, indi bizi saxlayıb sorğu-sual edəcəklər və ya cərimə kəsəcəklər. Biz hərbçi gələnə qədər gözlədik və tərpənmədik. Onunla yenidən maşınımıza qayıtdıq və ölü şəhəri tərk etdik.

Tərcümə Veteran.az-a məxsusdur.

Ağdam yolu…
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: