27.07.2024

Azərbaycanın özəl şirkəti artilleriya mərmiləri hazırlayıb

Azərbaycanın “Palladium Şirkətlər Qrupu” (“Palladium Group of Companies”) tərəfindən lüləli artilleriya sistemləri üçün ilk dəfə monoblok tipli mərmilər hazırlanıb.

“Poliqon” bunu “Palladium” şirkətinə əsasən məlumat verib.

Məlumatda bildirilib ki, şirkət tərəfindən ilk mərhələdə 122 mm-lik və 152 mm-lik monoblok mərmilər hazırlanıb və hazırda ballistik testləri keçirilir.

Yeni mərmilər topun dağıdıcı gücünü daha da artıracaq. Belə ki, “Palladium” şirkəti tərəfindən yeni hazırlanan 122 mm-lik və 152 mm-lik mərmilər analoqlarından 3-4 dəfə daha güclü partlayışa malikdir. Çünki, bu mərmilər tək hissədən ibarətdir.

Məlumatda o da qeyd olunub ki, şirkət tərəfindən gələcəkdə 120 mm-lik və 155 mm-lik artilleriya mərmilərinin də hazırlanması planlaşdırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: