27.07.2024

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı məlumat verib.

Səfir Prezident İlham Əliyevə təşəkkür edib: “Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: