QHT Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Müharibə Veteranlarına Hüquqi Yardım» layihəsinin icrasına başlanıldı
12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı layihə çərçivəsində tədbir keçiriblər.
Təlimdə 57 nəfər iştirak edib.
Tədbir öncəsi Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş və müharibə veteranları abidə önünə gül qoymuşlar.
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə çərçivəsində Qəbələ rayonunda yaşayan müharibə veteranlarının pozulmuş hüquqları istiqamətində çıxışlar edilib və diskusiya aparılıb. Çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin sədri Rafiq Qaçayev tədbiri açıq elan edərək şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin sədri Rafiq Qaçayev çıxış edərək ilk öncə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin Qəbələ rayonunda həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. Həmçinin Qəbələ rayon İcra Hakimiyyətinin rəhbərliyinə yaratdıqları şəraitə görə müharibə veteranları adından təşəkkür edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə geniş və ətraflı məlumat verdi. Sonra bu layihənin əhəmiyyəti, onun müharibə veteranlarının dövlət qurumları ilə əlaqəli şəkildə problemlərin həll olunmasının mümkünlüyü barədə danışdı. Eyni zamanda layihənin məqsədi və məramı barədə iştirakçıları məlumatlandırdı.
Daha sonra layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu çıxış etdilər.
Daha sonra AVMVİB Qəbələ rayon şöbəsinin sədri Rafiq Qaçayev rayonda yaşayan müharibə veteranlarının ümumiləşdirilmiş problemləri barədə bir daha məlumat verdi.
Rayon veteranlarının müraciətləri əsasən müharibə veteranı statusunu ilə bağlı oldu. İstər I Qarabağ mühribəsi iştirakçıları 30 il ərzində, istərsə də 44 günlük Vətən müharibəsində iştirak etmiş və haqqı olan döyüşçülərin süründürməçiliklə, müxtəlif baryerlərlə üzləşməsi görüşdə əsas mövzu oldu. AVMVİB təmsilçiləri bu problemləri ümumiləşdirərək aidiyyatlı qurumlara ünvanlamağı planlaşdırır.
Tədbir zamanı müharibə veteranların yazılı və şifahi şikayətləri qeydə alındı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov tədbirin sonunda bu görüş üçün yüksək səviyyədə şərait yaratdığı üçün bir daha Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyinə tədbir iştirakçıları adından minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də müharibə veteranlarının problemlərinin həllinə yönəlmiş bu layihəyə görə də öz təşəkkürünü bildirdi.
AVMVİB Mətbuat Xidməti