Laçın və Zabuxda evlərini yandıran ermənilər HƏBS EDİLƏCƏKLƏR

“Azərbaycanın Laçın rayonunda 13 yanğın hadisəsi qeydə alınıb. Onlardan 11-i Zabux kəndində, ikisi isə Laçın şəhərində baş verib”.
Bu fikirləri erməni vəkil Robert Ayrapetyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Qarabağdakı qondarma rejimin polisi həmin yanğınlara görə cinayət işi açıb.
“İstisna etmirəm ki, yanğını törədənləri həbs edəcəklər, sonra da deyəcəklər ki, mənzil veriblər. Onsuz da nə fərqi var: istintaq təcridxanasının kamerasındasan, yoxsa mənzildə? Bunlar da (Xankəndinin polisi nəzərdə tutulur) İrəvandakı kimi satqındırlar”, deyə o, qeyd edib.
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: