İSTANBULDA ERMƏNİ ƏSİLLİ TÜRK HÜQUQ MÜDAFƏÇİSİ ARVEN NATALİ AVAZYAN HƏBS EDİLDİ
PKK terrorçuları ilə əlaqəsi olduğu müəyyən edilən A. Avazyanın evində axtarış aparıldıqdan sonra həbs edilib. O, ümumiyyətlə Türk hökumət rəhbərlərinə qarşı həmişə mübarızə aparmaqla uydurma və böhtan xarakterli yazıları ilə tanınır.
Bir neçə gün öncə Avazyan öz «TWİTTER» səhifəsində Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlunun ailəsi haqqında tənqidi yazısına görə polis idarəsinə sorğu-suala çağırılıb.
O, XİN rəhbərinin ailəsi haqqında yazıb: «Onlar 1998-ci ildə Antalyanın cənub rayonlarının birində «kürd oğruları» kimi məşhur olublar».
Buna deyərlər bax, «Gəmidə oturub gəmiçi ilə dava edir». Görəsən Ermənistan adlanan veranxanada hansısa türk erməniyə qarşı belə hərəkət edə bilərmi?
İSMAYIL TANRIVERDİ