Azərbaycan, Türkiyə və Özbəkistan Daşkənd Bəyannaməsini imzaladılar
“Türkiyə, Azərbaycan və Özbəkistan türk dünyasının rifahını artıracaq və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzalayıblar”.
Bu xəbəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter səhifəsində yazıb.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, bu sənədi imzalamaqla ölkələr konkret layihələr həyata keçirəcək.