25.04.2024

Şəhid Etibar Məmişovun Anım günü keçirilib

Veteran.az xəbər verir ki, Kəlbəcər 84 saylı tam orta məktəbdə şəhid Etibar Məmişovun Anım mərasimi keçirilib.

Mərasim məktəbin dəhlizindəki şəhid lövhəsinin ziyarət edilməsi ilə başlandı.

Tədbir dövlət himninin səsləndilirməsi ilə açıq elan olundu, Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xarirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi sədrinin hüquqi və sosial məsələləri üzrə müavini Abbas Hüseynov və birliyin üzvləri Zeynalov Şəmsədin, Məmmədov Rafiq iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan direktorun müavini Bəxtiyar Zamanov torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağın ən böyük şərəf və qürur olduğunu bildirdi.

Tədbirdə çıxış edən məktəbin direktoru Həqiqət Məmişova Etibarın şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını bildirdi. Həqiqət Məmişova qeyd etdi ki, bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır.

Şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini vurğulayan direktor şəhidlərimizin qanının yerdə qalmayacağına və torpaqlarımızın tezliklə azad olunacağına inandığını söylədi.

Tədbirdə geniş nitq söyləyən Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi sədrinin hüquqi və sosial məsələləri üzrə müavini, qeyd etdi ki, Kəlbəcərin başını uca edən şəhidlərdən biri də Etbar Məmişovdur.

Abbas Hüseynov şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanın suverenliyi, bütövlüyü, ərazilərimizin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin, milli qəhrəmanlar, şəhidlərin xatirəsinin uca tutulması, onların adlarının əbədilləşdirilməsi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına, bu ruhda böyüməsinə müsbət təsir göstərən amillərdəndir. A. Hüseynov məktəblilərə öz tarixlərini öyrənməyə çağırdı. Məktəblilərə daha yaxşı oxuyaraq öz Vətənləri uğrunda mübariz olmağa çağırdı. Müharibə haqqında məlumat verərək, baş verən təxribatlar nəticəsində torpaqlarımızın işğala məruz qalmasını və hər bir Azərbaycan vətəndaşının bu torpaqları azad etməyə borclu olduğunu söylədi. Bildirdi ki, qüdrətli Ordumuz buna qadirdir.

Daha sonra məktəbin direktoru H. Məmişova AVMVB –nin Fəxri fərmanı ilə təltif olundu.

Anım mərasiminin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi.


Elnur Səlim




Posted by Fedai.az on 10 October 2019, Cümə axşamı

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: