«Murov qartalı» Raquf Orucovun oğlu Aqşin məzun oldu

Aprel döyüşləri şəhidi, «Murov qartalı», polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucov məzun olub.
O, 4 il təhsil aldığı Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
2018-ci ildə Orta ümumitəhsil məktəbindəki tədrisini başa vuran Aqşin, 550-yə yaxın bal toplayaraq bu Ali təhsil ocağına qəbul olub.
Qeyd edək ki, Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub. Cütlüyün Aqşin və Nihad adlı iki övladı var.
Xatırladaq ki, Raquf Orucov 2016-cı il də Aprel döyüşləri zamanı şəhid olub. Aprelin 5-i polkovnik-leytenant son mənzilə yola salınıb. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Raquf Orucov ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.
Mənbə: Baku.ws