08.09.2024

Veteran.az saytının redaktorunun dissertasiya müzakirəsi keçirilib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) orqanı olan Veteran.az saytının redaktoru Nurlan Məmmədovun Bakı Slavyan Universitetində (BSU) «Azərbaycanda fasiləsiz təhsil sistemində əlavə təhsilin yeri və təşkili modelləri» adlı dissertasiyasının müzakirəsi keçirilmişdir.

Dissertasiya müzakirəsində universitetin müvafiq kafedraları ilə yanaşı Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) veteranları, xüsusilə təşkilatın Nəsimi rayon şöbəsinin nümayəndələri iştirak etmişlər.

Bakı Slavyan Universitetinin Heydər Əliyev tədris-mədəniyyət mərkəzində baş tutan müzakirə olduqca məhsuldar və maraqlı keçmişdir. İlkin müzakirə uğurla başa çatmışdır.

Sonda Qarabağ müharibəsi qaziləri — Cəbrayıl Əliyev, Cavid Bagırov, Namiq Həşimov, Kərəm Axundov, Salam Xudaverdiyev, könüllü kimi daim qazilərlə birgə olan və onların problemlərinin həllində bir jurnalist kimi rol oynayan Nurlan Məmmədovu təbrik etmişlər. Ali təhsil müəssisəsinin müzakirədə iştirak edən müəllim heyəti Vətən müharibəsi veteranları ilə xatirə fotoları çəkdirmişlər.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: