22.11.2024

Erməni xisləti faşizmin yadigarıdır — VİDEO

Qədim xalqlar müasir dövrdəki mövcud universal insan hüquqları konsepsiyasına malik olmamışlar. İnsan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründə mövcud olmuş məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdur. Həmin dövrdə təməli qoyulsa da, insan hüquqlarına dair müasir mübahisələr XX əsrin II yarısında ortaya çıxmışdır.

XVII əsr ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqlara yer vermiş və təbii hüquqları «yaşamaq, azadlıq və mülkiyyət (əmlak)» hüquqları kimi müəyyən etmişdir. Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Britaniyada qəbul edilmiş Hüquqlar haqqında Billə əsasən, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilməyə başlandı. XVIII əsrdə ABŞ-da (1776) və Fransada (1789) iki böyük inqilab baş verdi və müvafiq olaraq ABŞ istiqlal bəyannaməsi və İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edildi; hər iki sənəd insan hüquqlarını təsbit edirdi. Bundan əlavə, 1776-cı il Virciniya Haqlar Bəyannaməsi bir sıra əsas vətəndaş hüquq və azadlıqlarını nəzərdə tuturdu.

Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qeyri-məcburi bir bəyanatdır.

Bəyannamə qismən İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə qəbul olunub. Bu bəyannamə bir qayda olaraq həm dünyəvi, həm də dini xarakterli olmaqla yanaşı insan hüquqları haqqında əsrlərlə formalaşmış təfəkkürün, düşüncənin zirvəsi sayılır. Halbuki ÜİHB məcburi qətnamə deyil. Belə hesab olunur ki, bu qətnamə zaman keçdikcə daha da çox qüvvətlənib, çünki lazım olduqda bəzi milli və digər tribunallar bu qətnaməyə istinad edirlər. Bəyannamə üzv dövlətləri «dünyada azadlığın əsasını təşkil edən, ədaləti və sülhü qoruyan» insan və vətəndaşın bir sıra iqtisadi və sosial hüquqlarının qorunmasına dəvət edir. Bu sənədin qəbul edilməsi, bəzi dövlətlərin hərəkətlərini məhdudlaşdırmaq və dövlətlərə vətəndaşları qarşısında olan öhdəliklərini qəbul etdirmək məqsədilə edilmiş ilk beynəlxalq-hüquqi cəhdi idi.

ÜİHB-nin bir hissəsi bütün qitələrdən və bütün əsas dinlərdən olan nümayəndələr də daxil olmaqla, insan hüquqları üzrə beynəlxalq ekspertlər komitəsi tərəfindən araşdırılmış və yazılmış və Mahatma Qandi kimi liderlərlə məsləhətləşmələr aparılmışdır. Həm mülki və siyasi hüquqların, həm də iqtisadi, sosial və mədəni hüquqların[6][8] daxil edilməsi, əsas insan hüquqlarının bölünməz olduğu və qeyd edilən hüquqların bir-biri ilə sıx əlaqədar olduğu ehtimalına əsaslanırdı. Bu prinsip qəbul edilərkən heç bir üzv dövlət ona qarşı çıxmasa da (bəyannamə Sosialist bloku, aparteid Cənubi Afrika və Səudiyyə Ərəbistanının iştirakı olmadan qəbul edilmişdir), sonralar mühüm çətinliklərə məruz qalmışdır.

Soyuq müharibənin başlaması, ÜİHB-nin dərhal ardından ortaya çıxdıqdan sonra, həm iqtisadi və sosial hüquqların, həm də mülki və siyasi hüquqların bəyannaməyə daxil edilməsi ilə əlaqədar ilkin bölünmələrə yol açdığı düşünülürdü. Kapitalist dövlətlər mülki və siyasi hüquqlara (məsələn, birləşmə və ifadə azadlığı) böyük diqqət yetirməyə çalışırdılar; iqtisadi və sosial hüquqları isə (əmək hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququ kimi) bəyannaməyə daxil etmək istəmirdilər. Sosialist dövlətlər isə iqtisadi və sosial hüquqlara daha çox əhəmiyyət verirdilər və onların daxil edilməsini şiddətlə tələb edirdilər.

ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır.

1966-cı ildə BMT tərəfindən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) qəbul edilmişdir: hər iki sənəd ÜİHB-ndə nəzərdə tutulan hüquqları əhatə edirdi. Müəyyən sayda dövlət tərəfindən ratifikasiya edildikdən sonra hər iki pakt 1976-cı ildə qüvvəyə minmişdir (ABŞ MSHBP-ı 1992-ci ildə ratifikasiya etmişdir).

İSMHBP 155 üzv dövlətdən iqtisadi, sosial və mədəni hüquqların fiziki şəxslərə verilməsi istiqamətində işlər görməsini tələb edir.

O vaxtdan etibarən beynəlxalq səviyyədə bir çox digər müqavilələr də təklif edilmişdir. Onlar, ümumiyyətlə, insan hüquqları mexanizmləri kimi tanınırlar. Ən əhəmiyyətliləri isə aşağıdakılardır:

Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (1948-ci ildə qəbul edilmiş, 1951-ci ildə qüvvəyə minmişdir)

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1966-cı ildə qəbul edilmiş, 1969-cu ildə qüvvəyə minmişdir)

Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1981-ci ildə qüvvəyə minmişdir)

İşgəncə əleyhinə BMT Konvensiyası (1984-cü ildə qəbul edilmiş, 1984-cü ildə qüvvəyə minmişdir)

Uşaq hüquqları Konvensiyası (1989-cu ildə qəbul edilmiş, 1989-cu ildə qüvvəyə minmişdir)

Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında BMT Konvensiyası (1990-cı ildə qəbul edilmişdir)

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (BCM) (2002-ci ildə qüvvəyə minmişdir)

Lakin tarixin bəşəriyyətə qarşı ən qanlı soyqırım və qırğınlarını törədənlərin qəbul etdiyi bu qərarlar ilkin olaraq özləri tərəfindən pozulmaqdadır. Dünyanı min illiklər boyu idarə etmiş türklər heç bir topluma qarşı qanlı cinayətlər törətməmişlər. Çünki Türk törəsinə görə Tanrı Yer kürədsini və orada yaşayan xalqları Türkə əmanət etmişdir. Bu gün bəzi qövmlərin hiylə və xəyanətləri hesabına Türk seyrçi durumdadır. Əraziləri, sayları, hətta düşmənləri belə kiçildilərək, onu Böyüklükdən təcrid etməyə çalışırlar. Sən böyüksən, Türk, qalxsan dünya yenə ayaqların altında bir xalıya dönəcəkdir…

Bizə İnsan haqları öyrədən Avropada XX əsrin ortalarında yəhudi-aşkenazlara qarşı törədilən bu cinayət kadrlarını izləyin. Bu faşizm bir erməni xislətidir və bu xislət onu XXI əsrədək sürüyüb gətirdi və bu cinayətlər madam Avropanın razılığı əsasında Rusiyanın iştirakıyla baş verdi. Unutmmayın…

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: