AVMVİB İsmayıllı rayon şöbəsində veteranlarla görüş keçirilib
30 may 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsi tərəfindən bir qrup veteranla görüş təşkil edilib. Görüş zamanı veteranların sosial problemləri dinlənilib, onların müraciət və təklifləri qeydə alınıb.
Tədbirdə AVMVİB-in İsmayıllı rayon şöbəsinə yeni təyin olunmuş müavinə vəsiqə təqdim edilib. Həmçinin görüşə qatılan iki nəfər veteran ictimai birliyə üzv olmaq üçün müraciət edib. Görüşün səmərəli və faydalı keçdiyi qeyd olunub.
AVMVİB-in Mətbuat xidməti
.jpg)
.jpg)