30.04.2026

Neftçalada şəhid Mirmöhsüm Əhmədovun xatirəsinə həsr olunmuş basketbol turniri keçirilib

30 aprel 2025-ci il tarixində Neftçala rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin təşəbbüsü ilə şəhid Əhmədov Mirmosühsümün xatirəsinə həsr olunmuş “Salam olsun Şəhidlərə” adlı basketbol turnirinin açılış mərasimi keçirilib.

Tədbir Səməd Vurğun adına Bankə 2 saylı tam orta məktəbin basketbol meydançasında baş tutub. Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edilib ki, şəhid Əhmədov Mirmosün 21 yanvar 2002-ci ildə Neftçala rayonunda anadan olub. O, hərbi xidmət zamanı 706 saylı hərbi hissədə xidmət etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Tədbirdə çıxış edən AVMVİB Neftçala rayon şöbəsi sədrinin müavini Rahim Manafov bildirib ki, turnirin əsas məqsədi şəhidlərin əziz xatirəsini yad etmək və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir. O, AVMVİB-in sədri Füzuli Rzaquliyevin, sədrin 1-ci müavini Vahid Abdurəhmanovun, eləcə də hazırda müalicədə olan rayon şöbəsinin sədri Mübariz Eldaroğlunun salamlarını tədbir iştirakçılarına çatdırıb və bu cür tədbirlərin davamlı olacağını qeyd edib.

Tədbirdə iştirak edən şəhidin anası Arzu xanım çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib və şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb.

Turnirdə səkkiz komanda iştirak edib. Yarışın yekun nəticələrinə əsasən Səməd Vurğun adına Bankə 2 saylı tam orta məktəbin komandası I yerə, Şəhid Samid İmanov adına Neftçala 1 saylı tam orta məktəbin komandası II yerə, Qədimkənd orta məktəbin komandası isə III yerə layiq görülüb.

Tədbirin sonunda qaliblər mükafatlandırılıb, şəhidlərin xatirəsinin daim uca tutulacağı vurğulanıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-04-30-at-19-53-46

Whats-App-Image-2026-04-30-at-19-53-46-(1)

Whats-App-Image-2026-04-30-at-19-53-46-(2)

Whats-App-Image-2026-04-30-at-19-53-47

Whats-App-Image-2026-04-30-at-19-55-41

Whats-App-Image-2026-04-30-at-19-58-07

Whats-App-Image-2026-04-30-at-19-58-11

Whats-App-Image-2026-04-30-at-19-58-11-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: