AVMVİB Naxçıvan MR təşkilatı Sədərək şəhidlərinin xatirəsini yad edib
30 aprel 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının üzvləri “18 May Sədərək şəhidləri”nin xatirəsinə ucaldılmış abidə-qəbir kompleksini ziyarət ediblər.
Ziyarət zamanı təşkilatın sədri Rövşən İsmayılxanlı çıxış edərək şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib. Qeyd olunub ki, sözügedən abidə-qəbir kompleksi iki il əvvəl AVMVİB-in Naxçıvan MR təşkilatı tərəfindən inşa olunmuşdur və bu cür təşəbbüslər şəhidlərin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.