Biz ölkəmizi zibillərdən təmizləməliyik
Bir neçə gündür Oqtay Ataxan adlı facebook istifadəçisi Azərbaycan xalqını təhqir edir, ruslara görə azərbaycanlıların ünvanına vulqar ifadələr işlədir: “Bizim heç nəyimiz yox idi. Rusiya və rus xalqı bəzi varlıqlarımızı bizə qaytardılar. Əgər əvvəl 1% də oxumuş adam yox idisə, sonradan bu faiz 100-ə çatdı. Bunu rus edib”, – deyə o, videomüraciətində bildirib. Sözügedən şəxs fikirlərini çox qaba şəkildə ifadə edib və ağır təhqirlərdən, söyüşlərdən istifadə edib.
Deyək ki, yalançının…
Bu milləti o günə salan elə Rusiya olub.
Oktay Həmidovun dosyesinə nəzər saldıqda görünür ki, o, mütəmadi olaraq bu cür çıxışlar edir. O. Həmidov 1959-cu ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, baş laborant, ədəbiyyat və dillər kafedrasının müəllimi vəzifələrində çalışıb. 1983-cü ildə o, kommunist rejiminin dəyişdirilməsini qarşısına məqsəd qoyan sosial-demokratik istiqamət olan gizli siyasi partiya yaradıb.
Hazırda ADMİU-da pedaqoji fəaliyyətini davam etdirir.
Sadəcə onu demək olar ki, Oqtay Həmidov kimiləri bu ölkədə çoxdur. Ona görə çoxdur ki, biz ölkəmizdə zibilləri utilizasiya etmirik. Hər yanı zibil başına alıb.
Bu adamın sitayiş etdiyi ruslar haqqında bir video əlavə edirik: