21.11.2024

Tanrının «seçilmiş» milləti

Deyirlər insanı tanımağın ən yaxşı yolu onun özünün özünü necə görməsinin və ətrafındakılarda necə təəssürat yaratmasının vəhdətindən keçir. Elə bunu bir millət üçün də tətbiq etmək mümkündür. Bu baxımdan, daha əvvəl yazılmış «Xəyanətkar əcdadların «mötəbər” övladları” adlı məqalədə fərqli zamanda və fərqli məkanlarda yaşamış dahilərin ermənilər haqqında söylədikləri artıq oxuculara təqdim edilib. Həmin tədqiqata əlavə kimi, və onun ermənilərdə qərəzlilik təəssüratı yaratmaması məqsədilə, bu yazıda fərqli zamanlarda və fərqli məkanlarda yaşamış və erməni millətindən olan mütəfəkkirlərin və tədqiqatçıların özlərini necə görmələrinə yer verilir. Tədqiqat isə əsasən üç istiqamətdə, milli özünüdərk, tarixə baxış və özünəqiymət istiqamətlərində aparılır.

Bir çox erməni tədqiqatçılar ermənilərin yüksək mənəviyyata sahib olduğunu göstərməyə çalışırlar. Lakin ermənilərin heç də hamısı bu fikri paylaşmır[1]. Belə ki, tanınmış erməni şairi Yeqişe Çarens etiraf edir ki, onlarda riyakarlıq ana bətnində olarkən yaranır. Tanınmış şair və yazıçı Ovanes Tumanyan isə məyusluqla ifadə edirdi ki, «…həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik[2]”

Erməni kilsəsinin fəaliyyətindən bəhs edən N.S.Vartapetov isə bildirir ki, həmin kilsə xristian bayrağı ilə silahlanaraq bütün zamanlarda tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qarabağın xalqlarını məhv etmişdir və bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans imperiyasına, İran Sasanilərinə, ərəb xəlifələrinə və monqollara xidmət etdiyi kimi, Səfəvilərə, daha sonra Rusiya imperiyasına xidmət etmişdir[3].

Tanınmış tarixçi alim, ermənişünas K.Patkanov isə şikayətlənir ki, ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar. Ermənilər həmişə yaşadığı torpaqların pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını sataraq güclülərə xidmət göstərmişlər[4].

Ermənilərin tarixə baxışı bizə məlumdur. Onlar qədim tarixə və mədəniyyətə malik olması, tarixdə dənizdən-dənizə «böyük Ermənistan” imperiyası yaratmaları haqqında qürurla danışmağa aludədirlər. Lakin, məsələ burasındadır ki, ermənilərin tarixi saxtalaşdırdıqlarını bildirən tarixçilərin sayı yüzlərlə, bəlkə də minlərlədir.

Görkəmli tarixçi Avqust Kariyer bildirir ki, erməni alimlərinin məlumatlarına inanmaq avamlıqdır, çünki bu məlumatların əksəriyyəti uydurmadır[5]. D.Morqan isə ermənilər haqqında yazır ki, «biz bu ölkənin tarixçilərinin necə işlədiklərinin şahidiyik, və yaxşı bilirik ki, onların dindar şəxslərinin hamısı öz millətlərinin köklərini Müqəddəs əhdi-ətiq ənənələri ilə necə bağlayır və Ayk soyunu özlərinə yaxınlaşdırmaq üçün onlar rəvayətləri və mənbələri necə qarışdırırlar[6]”.

Məşhur Avropa tarixçisi F.Makler də öz növbəsində qeyd edir ki, tarixçilərə yaxşı bəllidir ki, Ermənistan, yəni tarixi dövrlərdən bəri bu adı daşıyan coğrafi rayon erməni adlandırılan xalqın daimi yaşayış yeri olmamışdır[7].

Bununla bərabər, ermənilərin özləri də bunu etiraf edirlər.

Akademik Manuk Abeqyan bildirir ki, erməni xalqının köklərinin harada olması, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlməsi haqqında onlarda dəqiq və aydın sübutlar yoxdur[8].

Erməni tarixinin Haykın və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə aid edilməsinə və onların e.ə. 800-cü ilə qədər bir-birini əvəzləmiş dini rəhbərlərinin və çarlarının siyahısının göstərilməsinə qəti etiraz edən erməni tarixçisi Pastermacyan da öz növbəsində bildirir ki, müasir elm bu uydurmanı cəfəngiyat hesab edir.

Tanınmış tarixçi Aykazyan etiraf edir ki, «ilkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən yox, uydurulmuş nağıllardan götürülən şəxslərdən ibarətdir. Movses Xorenasinin özü beşinci yüzilliyin tarixçisi deyil, o, yeddinci yüzillikdə yaşayan saxtakar-tarixçidir[9]”.

Qevork Aslan ermənilərə qəbul etməyi məsləhət verir ki, Movses Xorenasi öz hekayələrini ya Suriya nağıllarından götürmüş, yaxud da Hürufilərdən eşitmiş və onları ustalıqla öz əsərlərində göstərmişdi. Özü Suriya və İranın tarixi mənbələrindən istifadə etmişdir. O, Yasenxen yəhudilərinin döyüşlərindən parçaları, Eyzeben kilsəsinin tarixini Malalesdən götürmüş və özününküləşdirmişdir[10].

Öz tarixlərindən bəhs edən Basmacyan vurğulayır ki, «Ermənistanın və ermənilərin tarixi və yaranışı çox qaranlıqdır. Bu ərazi ta qədim zamanlardan Pamir düzənliyindən gələnlər, İndikuş emiqrantları tərəfindən tutulmuşdur. Ermənilərin romalılar, yunanlar, iranlılar və bütün millətlər kimi mifik qəhrəmanları mövcuddur. Milli tarixçilər dəqiq məlumata, aşkar mənbələrə malik olmadıqları üçün onların yerini nağıllardakı personajlar tutmuşdur[11]”.

Türkləri soyqırımda ittiham edən ermənilər və onların qərb havadarları üçün ən gözəl cavab isə tanınmış mütəxəssis Levon Dabeqyandan gəlir. O bildirir ki, ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. O etiraf edir ki, əgər onlar bizanslılar və ya başqa avropalılar arasında qalsaydılar, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi.

Deyirlər adilin ədalətini və zalımın zülmünü onun əlində fürsət və ixtiyar olduğu zaman bilmək olar. Bu nöqteyi-nəzərdən, ermənilərin istər Anadoluda, istərsə də Qafqazda törətdiyi qırğınlar, ağlasığmaz vəhşiliklər hər kəsə bəllidir. Bu vəhşilik həm də onların özləri tərəfindən etiraf edilməkdədir.

Belə ki, A.Lalayan 1936-cı ildə öz məqaləsində bildirir ki, daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər[12].

Erməni Ohanes Apresyan öz xatirələrini belə ifadə edir: Ara sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar[13]”.

Dayd Xeriyanın 2000-ci ildə Beyrutda çap olunan «Xaç naminə» adlı kitabında da[14], Zori Balayanın 1996-cı ildə çap olunan «Ruhumuzun dirilməsi» adlı kitabında da[15] erməni xalqının Xocalıda göstərdikləri «xüsusi qəhrəmanlığı”ndan bəhs edilir. Onların Azərbaycanlı uşaqların öldürülməsindən necə həzz aldıqları kitabın hər sətrində özünü büruzə verməkdədir.

Təsadüfi deyildir ki, düz bir il bundan qabaq erməni əsgəri snayperlə 9 yaşlı azərbaycanlı uşağı qətlə yetirmişdir. Həqiqətən də hədəfi dəqiqliklə seçən snayperlə uşağı nişan ala bilmək xüsusi bir «qəhrəmanlıq”, «böyük ürək”, «iradə”, «cəsarət” tələb edir. Bu xüsusiyyət isə ancaq özlərini az qala «Tanrının seçilmiş milləti” mərtəbəsinə ucaltmaq iddiasında olan ermənilərə məxsusdur./ New Times/

***
1. Bu məqalədə istifadə olunmuş sitatların bəziləri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin «Gəldim, gördüm, mənimsədim” kitabından götürülmişdür.
3. Н.С.Вартапетов, «Христианские памятники Закавказья»
4. «Ванские надписи и их значение для Передней Азии», 1875
5. A. Carriere, «Moise de Khoren et la Genealogie Patriarcale”, Paris, 1896
6. «Осудительная армянская история», Тифлис, 1895
7. F.Macler, «La nation arménienne. Son passé et ses malheurs”, Paris, 1924.
8. «История армянской литературы», Ереван, 1975, стр.11.
9. «Histoire de l’Arménie», Paris, 1919.
10. K.Aslan, «Études historiques sur le peuple arménien”, Paris, 1928.
11. «Nouvelle histoire arménienne», Paris, 1917.
12. А.Лалаян. О резне в 1918-1920 гг. Журнал «Революционный Восток» , N2-3, 1936. Москва.
13. Leonard Ramsden Hartvillin, «Men Are Like That”, Indianapolis, 1928.
14. http://justiceforkhojaly.org/site/?p=eyewitnesses
15. http://assembly.coe.int/Main.asp….

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: