27.07.2024

«Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilənlər barədə Nazirlər Kabineti Qərar verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 aprel tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması

QAYDASI

  1. Ümumi müddəalar
    1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin (bundan sonra — Reyestr) aparılması və istifadə edilməsi qaydalarını müəyyən edir.
    1.2. Reyestr “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirir.
    1.3. Reyestr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.
  2. Reyestrin aparılması qaydası
    2.1. Reyestrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə
    təltif edilmiş şəxslər barədə məlumalar əks olunur.
    2.2. Reyestrə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatlarda təkrara yol
    verilməməsinə və həmin məlumatlardan səmərəli istifadə edilməsinə imkan yaradan şəxsi qeydiyyat nömrəsi əsasında aparılır və bu barədə müvafiq kağız və elektron daşıyıcıda qeydlər edilir.
    2.3. Şəxsi qeydiyyat nömrəsi təkrar olunmur və dəyişilmir. Şəxsi qeydiyyat nömrəsi ilə medalın nömrəsi eyniyyət təşkil edir.
    2.4. Reyestrə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal şəxsi qeydiyyat nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu barədə çıxarış təqdim oluna bilər.

    2.5. Reyestrə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bazasına daxil edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti struktur bölməsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və Reyestrdə müvafiq qeydlər aparılır.
  3. Reyestrə daxil edilməli olan məlumatlar
    3.1. Reyestrə daxil edilməli olan məlumatlar aşağıdakılardır:
    3.1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxsin:
  4. soyadı;
  5. adı;
  6. atasının adı;
  7. fərdi identifikasiya nömrəsi (FİN-i);
  8. mənsub olduğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ya digər orqanın (qurumun) adı;
  9. təltif edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktının rekvizitləri;
    3.1.2. medalın seriya və nömrəsi.
  10. Reyestrdəki məlumatların mühafizəsi Reyestrin istifadəçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə yetirməyə borcludurlar.
  11. Reyestrin məlumat bazasından informasiyanın verilməsi
    5.1. Reyestrdə olan məlumatlar dövlət orqanlarına (qurumlarına) və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş
    şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən verilə bilər.
    5.2. Reyestrdə qeyd olunan məlumatları əldə etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı surətdə
    müraciət edilir.

    5.3. Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 3 (üç) iş günü müddətində verilir.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: