08.09.2024

Naxçıvanda snayperlərin peşəkarlığı artırılır

Toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq edirlər.


Müdafiə Nazirliyindən verilən xəbərə görə, döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır.

Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: